Təchizat üzrə mütəxəssis

İşin təsviri

Vəzifə təlimatı:

- Sifarişlərin qəbulu, təhlili;
- Tədarükçulərin araşdırılması, əlaqələrin yaradılması;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Tədarükçülərlə müqavilələrin bağlanması;
- Müqavilənin icrası uçotunun aparılması;
- Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);
- Malların gətirilməsi və anbara təhvil verilməsi;
- Malların qeydiyyatının aparılması;
- Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması;

Tələblər:

- Ali təhsilli, texniki ali təhsili olan namizədlərə üstünlük verilir;
- Azərbaycan, rus və ingilis dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti;
- Kompyuter biliyi: Microsoft Office proqramlarını bilməli;
- Neft-mədən və digər sənaye mallarını tanımalıdır;
- İş təcrübəsi əlaqəli sahədə 3 ildən artıq;
- Fərdi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti;

Şərtlər:

- İş qrafiki: Həftənin 5 günü, saat 10.00-19.00
- İşə qəbul AR Əmək Məcəlləci əsasında
- Mobil rabitə.
- Əmək haqqı: Danışıq əsnasında
- Müsahibə CV əsasında aparılacaq.

Xahiş edirik, mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) və gözlənilən əmək haqqını qeyd etməklə [email protected] e-poçt ünvanına göndərəsiniz. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Technology Equipments Company tərəfindən digər vakansiyalar