Alətçi-çilingər

  • Metak
  • Elanın qoyulma tarixi: 12.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

• Press qəliblərin və ştampların yığılması və təmiri;
• Forma əmələ gətirən səthlərin və axma kanalların pardaqlanması;
• Cizgilərin oxunması;
• Cizgilərdə təsvir olunan əsas elementlərin məlumat pəstahında nişanlanması;
• Çilingər işləri: yonma, burğu ilə deşmə, cilalanma və sürtmə, detalların bir-birinə uyğunlaşdırılması;
• Sınaqlarda iştirak etməsi.

Namizədə tələblər:

• Orta texniki təhsil;
• Press qəliblərdə bütün əməliyyatları bilməli (oturtma, müsadilə);
• Çilingər və ölçü-nəzarət alətləri, onların təyinatını və işlətmə qaydalarını bilməli;
• Elektrik və pnevmatik alətlərlə işləmək bacarığı;
• Press qəliblərin konstruktiv xüsusiyyətlərini və qaynar kanallı qəliblərin yığılmasını bilməli;
• Bu sahədə iş təcrübəsi 5 ildən artıq.

İş şəraiti:

• Əmək haqqı danışıq əsasında;
• İş qrafiki: 6 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://job.metak.az/vacancy/show/34 və ya [email protected] ünvanına CV göndərərək 30.11.2021 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.