İstixana kompleksi rəhbərinin müavini

  • Buta Group
  • Elanın qoyulma tarixi: 11.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• İstixananın fəaliyyət istiqamətini müəyyən edir və xarici bazarlara mal çıxarılması məsələlərini təşkil edir və prosesə nəzarət edir;
• İstixananın məhsuldarlığının artırılması üçün təkliflər verir;
• İstixananın Maliyyə, Təchizat, İnsan Resursları və digər bölmələrin fəaliyyətinə nəzarət edir;
• Nəzarət etdiyi struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil edir.
• Onların işinin yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətlərini istiqamətləndirir;
• İstixananın fəaliyyətində riskləri müəyyən edir və müvafiq təkliflər verir.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

• Ali təhsil. (Biznesin idarə olunması, Ümumi İqtisadiyyat və s. üstünlükdür);
• Rəhbər vəzifədə 5 ilik iş təcrübəsi;
• Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklər;
• İstixana sahəsində rəhbərlik təcrübəsi ;
• Rus və ya ingilis dilində səlis danışıq bacarığı əlavə üstünlük hesab ediləcək;

İŞ ŞƏRAİTİ:

• İstixana Kompleksi Zirə qəsəbəsində yerləşir;
• İş qrafiki: həftəiçi 6 gün, saat 09:00-dan 17:00-dək, şənbə 09:00-dan 14:00-dək

Vakansiyaya müraciət üçün CV-nizi mövzu hissəsində “İstixana kompleksi rəhbərinin müavini” qeyd edərək [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.