Qeydiyyatçı (Hostess)

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 11.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair əsas tələblər:

• Yaş: 22-dən yuxarı;
• Təhsil: Ali
• Cinsi: Qadın;
• Boy: 170
• Xoş xarici görkəm;
• Azərbaycan dili (sərbəst), rus dili (sərbəst) və ingilis dili (orta) səviyyədə bilmək
• Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.

Əsas vəzifə və öhdəliklər:

• Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, eləcə də telefonla danışıqları sifariş vermək;
• Şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;
• Şirkətə daxil olan müştəriləri və qonaqları qarşılamaq;
• Gələnlərin qeydiyyatını aparmaq;
• Müştəri məmnuniyyəti anketlərinə nəzarət etmək.
• Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;
• Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;
• Tələb olunduqda, dövlət orqanlarına rəsmi məktubları göndərmək;
• Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
• Showroom üzrə gündəlik müştəri fiksasiyası hesabatını hazırlayıb struktur üzrə aidiyyatı bölməyə təqdim etmək
• Əmək funksiyalarınn icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
• İşləri prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
• Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları tərtib edərək hazırlamaq;
• Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
• Tələb olunduqda birbaşa rəhbərinin tapşırığına əsasən əlavə funksiyaları yerinə yetirmək.

İş şəraiti:

• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
• Saat 12:00 - 20:00
• Təcrübə artımı imkanları.
• Əmək haqqı 500-600 AZN

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Qeydiyyatçı (Hostess)”, sözlərini qeyd edərək [email protected] -ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.