İstehsalat üzrə mühasib

  • AZ FP Co LTD
  • Elanın qoyulma tarixi: 10.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

- Hazır məhsullar üzrə maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə standart maya dəyərlərinin müqayisəsinin aparılması;
- Aylıq faktiki xammal, material istifadəsinin, həmçinin sərfiyyət və itkinin əvvəlki aylarla və planlaşdırılmış göstəricilər ilə müqayisəsinin aparılması və analiz edilməsi;
- İstehsal qaimə məsrəflərinin düzgün bölüşdürülməsinin təmin edilməsi;
- İstehsalat şöbəsi tərəfindən sistemə işlənilmiş əməliyyatların mütəmadi olaraq sənədlərlə düzgünlüyünün yoxlanılması;
- Xammal, material silgilərinin resepturalara uyğun icra edilməsinin nəzarətdə saxlanılması;
- İstehsalatın uçotu ilə bağlı sualların operativ şəkildə cavablandırılması;
- Mühasibatlıq sənədlərinin işlənməsi və qorunub saxlanmasının təmin edilməsi;
- Şöbə rəhbərinin digər tapşırıqlarının icra edilməsi.

Sizdən nə tələb olunur?

- Ali təhsil (Mühasibat uçotu, Maliyyə)
- 3-5 il İstehsalat üzrə iş təcrübəsi
- MC Office və 1C proqramlarında istifadə bacarığı;
- İngilis dili biliklərinin olması arzu olunandır
- Müşahidə və analiz bacarığının olması.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “İstehsalat üzrə mühasib” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.