Baş Mühasib

İşin təsviri

Əsas öhdəliklər:

- Vergi Məcəlləsinin və Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu yaratmaq;
- Hesabatları düzgün hazırlamaq, vergiləri hesablamaq və onların vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək;
- Daxil olan pul vəsaitlərinin, ehtiyatların və əsas vəsaitlərin tam uçotunu aparmaq;
- Maliyyə hesabatları və hesabatların hazırlanmasına nəzarət etmək və iştirak etmək.
- Elektron Fakturaların tərtib edilməsi və göndərilməsi;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarını tərtib etmək
- Əmək haqqı hesablanması cədvəlləri hazırlamaq (əmək haqqı, məzuniyyət haqqı, son hesablar, xəstəlik vərəqələri hesablamaq) və maaşları ödəmək;
- Maliyyə hesabatları hazırlamaq (Balans Hesabatı, Mənfəət və zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat);
- Dövlət Vergi Xidməti tərəfindən aparılan yoxlamalardan məsul şəxs;
- Rəhbərlik tərəfindən verilən bütün vəzifələri vaxtında və dəqiq həll etmək.

Bizim üçün uyğun namizəd:

- Mühasibatlıq və ya Maliyyə ixtisası üzrə bakalavr dərəcəsi;
- Maliyyə və ya Mühasibat sahəsində minimum 3 il iş təcrübəsi;
- İstehsalat sahəsində iş təcrübəsi olmalı;
- Əla təşkilatçılıq bacarığı və detallara diqqət;
- Vergi qanunvericiliyini mükəmməl bilmək, dəyişiklikləri izləmək və vaxtında tətbiq etmək;
- Office proqramlarında, xüsusən də Excel -də işləmək bacarığı yüksək səviyyədə;
- Güclü analitik və problem həll etmə bacarığı;
- Azərbaycan dilində sərbəst danışmaq.

Əlavə məlumat:

- Tam ştat iş; Həftə içi I – V günlər 08:00-17:00
- Ünvan Sumqayıt şəh. H.Z. Tağıyev Qəsəbəsi

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Baş mühasib” qeyd etməklə CV formalarını, 12.11.2021-ci il tarixinədək [email protected] mail ünvanına göndərə bilərlər.