Etika və Uyğunluq üzrə Məmur (Ethics and Compliance Officer)

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 07.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5,3 min ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur. 

Hazırda şirkətimizə Etika və Uyğunluq üzrə Məmur tələb olunur.

İş yeri: Zavod ofisi

Tələblər:

• Hüquq, maliyyə, biznes idarəçiliyi və ya əlaqəli bir sahə üzrə bakalavr dərəcəsi.
• Certified Internal Auditor (CIA) sertifikatı olanlara üstünlük verilir
• Audit və Risklərin idarə edilməsində 4-5 il davamlı təcrübəsi olanlara üstünlük verilir
• İngilis dilinin yüksək səviyyədə biliyi
• Bütün səviyyəli rəhbərlik və işçi heyəti ilə işləmək, ən yüksək məxfilik dərəcəsini qorumaq və son tarixləri qarşılamaq bacarığı
• MS office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı

Tələb olunan kompetensiyalar:

• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

• Effektiv uyğunluq proqramı yaratmaq, tətbiq etmək və idarə etmək
• Uyğunluq proqramı ilə qanunun, qaydaların, təşkilat siyasətlərin və ya “Davranış Kodeksi/Rüşvət və Korrupsiya Əleyhinə” siyasətinin pozulmasının effektiv şəkildə qarşısının alınmasını və/və ya aşkarlanmasını təmin etmək.
• Uyğunluq proqramını müntəzəm olaraq nəzərdən keçirmək ,Rəhbərliyə və Direktorlar Şurasına potensial uyğunluq risk sahələri barədə məsləhət vermək də daxil olmaqla müvafiq düzəliş və dəyişiklikləri tövsiyə etmək
• Uyğunluq proqramının davamlı effektivliyini təmin etmək üçün resursların koordinasiya edilməsi
• Bütün işçilər, könüllülər, müştərilər və vendorlar üçün əlçatan olan anonim telefonla məlumat vermə sistemi də daxil olmaqla şəffaf, açıq və təqibi olmayan hesabat vermə kanallarını tətbiq və idarə etmək
• Təşkilatla işləyən bütün işçilər, agentlər, podratçılar və ya digərləri üçün marifləndirici proqramların hazırlanması
• İşçilər, agentlər, podratçılar və ya təşkilatla işləyən digər şəxslər tərəfindən qanunsuz, etik olmayan və ya düzgün olmayan davranışların əhəmiyyətli hallarının və ya nümunələrinin daxili nəzarət mexanizimləri ilə qarşısını almaq və aşkar etmək qabiliyyətinin təmin edilməsi
• Sistemin idarəetmə və ya digər həssas və/və ya məsul vəzifələrdə irəli çəkilən və ya işə götürülən şəxslərin təyin olunan məsuliyyət sahələrində qanun və qaydaları pozmağa və ya qeyri -etik davranışa meyl etmədiyini əsaslandırmaq üçün təsir mexanizmlərin olmasını təmin etmək.
• Yanlış davranışın qarşısını almaq və proqramda hər hansı bir uyğunluğun dəstəklənməsi bütün işçilər üçün hər hansı bir performans qiymətləndirmə prosesinin bir hissəsinin olması məqsədilə insan resursları və digər siyasət və prosedurlara və performans qiymətləndirmə və təşviq proqramlarına giriş və/və ya istiqamət vermək
• VİS sisteminin bir hissəsi olaraq “Rüşvət Əleyhinə İdarəetmə” sənədləşmə sistemini inkişaf və təqib etmək
• Uyğunluq proqramı çərçivəsində araşdırmaya layiq olan məsələlərin araşdırılması ilə əlaqədar olaraq Baş İcraçı Direktornan icazənin alınmasını və nəzarət edilməsini koordinasiya etmək
• Lazım gələrsə, düzəldici fəaliyyət planlarının hazırlanması da daxil olmaqla, uyğunluq proqramının yaratdığı araşdırmalara və digər məsələlərin həllinə və tətbiq olunmasına nəzarət.
• Uyğunluq ofisinə göndərilən bütün məsələləri izləmək
• Bütün rəhbərlik səviyyələri ilə məhsuldar iş əlaqələrini inkişaf etdirmək
• Direktorlar Şurasına uyğunluq proqramı haqqında dövri və illik hesabatların təqdim edilməsi
• İcraçı Rəhbərlik və Direktorlar Şurası tərəfindən təsdiq edildikdən sonra uyğunluq planına edilən bir yeniləmənin illik nəzərdən keçirilməsinin hazırlanması və tətbiqi
• Uyğunluq proqramını əhatə edən mövzularda Baş İcraçı Direktora və Norm-un Etika və Uyğunluq Komitəsinə müntəzəm olaraq hesabat vermək. Əlavə olaraq, uyğunluq üzrə məsul işçinin öz mülahizəsinə əsasən məsələlər barədə Direktorlar Şurasına və Baş İcraçı Direktora müntəzəm olaraq hesabat verilməsi gözlənilir
• Hüquqi və etik qaydada öhdəliklərini yerinə yetirmək üçün tənzimləyici məsələlər və tələblər haqqında lazımi məlumatlara və biliklərə sahib olmaq üçün işçilərə lazımi məlumat vermək məqsədi ilə rəhbərliklə işləmək.
• Bütün müqavilələrin korporativ uyğun olan müddəaları ehtiva etməsini təmin etmək
• Etika və Uyğunluq Komitəsinin zaman -zaman göstərdiyi kimi müvafiq gündəmlər, hesabatlar və məlumatların hazırlanması da daxil olmaqla Etika və Uyğunluq Komitəsini təmsil etmək

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır. CV-lərin təqdim olunması üçün son tarix: 24.10.21

İşəgötürənin reytinqi