Ofis menecer

  • Bakelektro
  • Elanın qoyulma tarixi: 06.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

- Əsas və az qiymətli inventarların illik uçotunun və hesabatlarının əsaslarını bilmək;
- İdarəetmədə müvafiq sənədləşmənin və kargüzarlıq işinin aparılmasına dair qanunvericiliyi;
- Şirkətinin işgüzar profilini, fəaliyyət istiqamətlərini, istehsalat ixtisaslaşmasını, struktur bölgüsünün xüsusiyyətlərini, təsdiq olunmuş vahid kargüzarlıq sisteminin standartlarını;
- Əməyin və idarəçiliyin təşkil olunmasının əsaslarını;
- Əməyin mühafizəsi normalarını və daxili nizam qaydalarını;
- İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını.

Vəzifələr:

1. Ofis meneceri otaqların və binasının ətraf ərazilərinin təmizliyi üzrə işlərə rəhbərliyi.
2. İşıqlandırmanın, istilik sistemlərinin, ventilyasiyanın və s. qüsursuzluğuna nəzarəti.
3. Gündəlik və iclasların, təsərrüfat xidmətini təşkil edilməsini.
4. Şirkətin mebel inventarı ilə təmin edilməsi, onların qorunması və vaxtında təmir olunmasına nəzarətin edilməsini.
5. İşçiləri dəftərxana ləvazimatı ilə və işə lazımlı mebellərlə təmin edilməsini.
6. Təmizlik işlərinin və daxili otaqların səliqəli saxlanmasını təşkil edilməsini.
7. Mədaxildən sonra vaxtında inventar nömrələri saymaq, qorunmasına riayət etmək, hər il inventarizasiya, hesabdan silmə və təyin olunmuş uçotun aparılmasını.
8. Otaqların və hesabdan silinmiş mebellərin təmirinə vaxtında sifarişlər vermək.
9. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət etmək.
10. Düzgün və sədaqətli olmaq, işdə özünü ləyaqətli aparmaq, başqalarını intizam qaydalarını pozmaqdan çəkindirmək.

İş şəraiti:

- İş qrafiki: 5 gün, 08:00-dan 17:45-dək
- Nahar şirkət tərəfindən verilir.
- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Ofis menecer" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.