Ofis meneceri

  • AMOTRADE MMC
  • Elanın qoyulma tarixi: 06.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri (qısa təsvir):

• Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək,şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;
• Rəhbərliyin tapşırıqlarını operativ və məsuliyyətli şəkildə icra etmək;
• E-mail və yazışmaların həyata keçirilməsi, ümumi mailə gələn e-maillərin cavablandırılması;
• Bütün elektron sənədlərin düzgün şəkildə alınmasını və yerləşdirilməsini təmin etmək;
• Ofisə gələn qonaqları qarşılanması, yönləndirilməsi, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;
• Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;
• Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək;
• Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi, poçt və ya kuryerlə göndərilməsi;
• İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
• Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
• Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün müvafiq şirkətlərlə əlaqə saxlamalı və bütün dəftərxana ləvazimatları və zəruri avadanlıqlarla təmin etməli;
• Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
• Ofisdaxili inzibati işlər və ofisin təmizliyinə nəzarət;
• Bütün elektron sənədlərin düzgün və asanlıqla alınmasını təmin etmək, gündəlik tələb olunan sənədlərin çap və ya skan olması

Namizədə olan tələblər:

• Ali təhsil
• Azərbaycan dilində mükəmməl yazı və ünsiyyət bacarığı, (Rus və ingilis dili biliyi üstünlükdür).
• Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
• Çevik qərar vermə, detallara qarşı diqqətlilik, təşkilatçılıq
• MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti
• İş təcrübəsi 1-3 il
• Punktuallıq;
• Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
• Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
• Xanım namizəd tələb olunur

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
İş qrafiki : 6 günlük
İş vaxtı: 9:00 – 18:00
İstirahət günü: Bazar günü

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “Ofis meneceri” qeyd edərək göndərə bilərsiniz.