Satış məsləhətçisi

  • Auto Azerbaijan
  • Elanın qoyulma tarixi: 06.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas tələblər:

• Müvafiq sahədə 2-3 il təcrübə;
• Satış texnikası, biznesin təşkili və idarəedilməsi üzrə ilkin biliklər;
• Müştəri yönümlü olmalı;
• Yaş həddi – 22-35;
• Dil bilikləri – Azərbaycan dili, Rus dili, İngilis dili
• Sərbəst komputer istifadəçisi (MS Office Proqramları)
• Əmək mədəniyyəti, xidməti işgüzar ünsiyyət etikasını bilməli;
• Gülərüz, xoş görünüşlü olmalıdır.

Vəzifə öhdəlikləri:

• Salona gələn müştərilərə avtomobilin tanıtımı və texniki xüsusiyyətlərinin ətraflı izah edilməsi,lazım gəldikdə test-drive təşkil edilməsi;
• Potensial müştərilərin müəyyənləşdirilib cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
• İşgüzar və korporativ danışıqların aparılması;
• Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və
görüşlərin təyin olunması;
• Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması.

Əmək şəraiti:

• 6 günlük iş rejimi;
• İstirahət günü: Bazar günü.

Vəzifə üzrə əmək haqqı: Müsahibə əsasında + bonus

İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Satış məsləhətçisi” yazaraq öz şəkilli CV-lərini [email protected] ünvanına yollaya bilərlər.