Keyfiyyətə nəzarət üzrə Kiçik Mütəxəssis

İşin təsviri

Vəzifə Öhdəlikləri:

- Şirkətin ilkin proqramlarını izləmək və keyfiyyətə nəzarət şöbəsinin rəhbərinə məlumat vermək;
- Qida təhlükəsizliyi üzrə idarəetmə sisteminin sənədlərinin hazırlanması, təhlili və lazım gəldikdə yenilənməsi;
- Qida təhlükəsizliyi Komandasının bir hissəsi olaraq bütün görüşlərdə iştirak etmək. İclasın qərarlarına əməl edib, ona uyğun tədbirlər görmək;
- Qida Təhlükəsizliyi Məsləhətçisinin rəhbərliyi altında Qida Təhlükəsizliyi üzrə İdarəetmə Sisteminin əhatə etdiyi hər bir məhsul / proses üçün axın diaqramları hazırlayıb təsdiq etmək;
- Daxili qida təhlükəsizliyinə dair yoxlanış planı tərtib etmək və uyğunsuzluqlar müəyyən edildikdən sonra, Rəhbərliyin Baxış İclası üçün yekun yoxlanış hesabatı hazırlamaq;
- İdarəçi ilə birlikdə qeydləri və həyata keçirilən düzəldici tədbirləri izləmək və effektivliyini qiymətləndirmək;
- Qida təhlükəsizliyi prosesinin əsas performans göstəricilərini toplayıb təhlil etmk və rəhbərə bildirmək;
- Yoxlanışın nəticələrinə uyğun olaraq və ya şöbənin tələbi ilə Qida Təhlükəsizliyi üzrə İdarəetmə Sistemi ilə əlaqədar prosedurlara və iş təlimatlarına dəyişikliklər etmək;
- Təchizatçılarla bağlı imtina / uyğunsuzluq qeydlərini toplayaraq təchizatçının qiymətləndirmə prosesinə rəhbərlik etmək və lazım gəldikdə yoxlanış aparmaq;
- Məhsulların geri qaytarılması ilə bağlı qeydlər aparmaq və rəhbərə bildirmək;
- Təchizatçıların və meyvə - tərəvəz məhsullarının aylıq qiymətləndirmə hesabatını hazırlamaq;
- Kritik Nəzarət Nöqtələrin yoxlanıldığından, düzgün qeyd edildiyindən əmin olmaq üçün mağazanın yoxlanış hesabatlarını izləmək və uyğunsuzluqlar olduqda müəyyən edilmiş tədbirləri həyata keçirmək;
- Müştəri şikayətlərini izləmək və qeydlər aparmaq.

Tələb olunan keyfiyyətlər:

- Kimya, Biologiya, Biokimya, Qida Texnologiyası, Qida Elmi, Qida Təcrübəsi və ya digər əlaqəli sahələrdə bakalavr və ya daha yüksək dərəcə;
- Gold Central və Gold Stock proqramlarını bilmək;
- Microsoft Office - də işləmək bacarığı;
- Stress idarəetmə bacarıqları;
- Vaxtın idarə edilməsi bacarıqları;
- Yaxşı ünsiyyət bacarıqları;
- Komandada işləmək bacarığı.

Maraqlanan namizədlər [email protected] email ünvanına " Keyfiyyətə nəzərət üzrə Kiçik mütəxəssis " başlığı ilə müraciət edə bilər.