Elektrik

İşin təsviri

İş barədə məlumat:

• Elektrik avadanlıqlarının xidməti və təmiri;
• Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqları aşkar etmək və zədələnmələri aradan qaldırılmaq;
• Daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında gərginliyi 1000 V-ə qədər olan xətlərin kəsilməsi, calaq edilməsi, izolə edilməsi və lehimlənməsi;
• İşıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının və sənaye projektorlarının sazlanması və qurulması;
• Elektrik mühərriklərinin stator və rotorlarının sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiya müqavimətinin meqometrlə yoxlamaq;
• Xəbərdaredici elektrik cihazlarının qurulması və tənzimlənməsi;
• Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini bilmək;
• İşıqlandırıcı armatur qurğuları, elektrik zəngləri və digər siqnalizasiya cihazlarının sazlanması və qurulması;
• Elektrik panellərinin və avadanlıqların vaxt aşırı tozdan təmizlənməsi və qulluğu.
• İş rejimi: 6 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir
• Əmək haqqı: 700 manat (NET)
• Ünvan - Bakı şəhəri

Namizədə tələblər:

• Elektrik avadanlığına texniki xidmət sahəsində 2 illik təcrübəyə malik olmaq;
• Elektrik yarımstansiyasında təcrübəyə malik olan MV (orta voltage) şəhadətnaməsi və ya iş icazəsinə sahib olmaq;
• Diqqətlilik və məsuliyyətlilik;
• Yaş: 25-40

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 01.11.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “Elektrik” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Ecobox Collection and Recycling tərəfindən digər vakansiyalar