İstehsalat müdiri

İşin təsviri

İş barədə məlumat:

• Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabtalarını hazırlamaq.
• Stok ehtiyatını nəzarətdə saxlamaq (aidiyyatı şöbələrlə birlikdə).
• İllik büdcələrin hazırlanmasında iştirak etmək.
• İstehsal prosesi və istehsal planlaşdırılmasında ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbir görülməsini təmin etmək.
• Tabeçiliyində olan istehsal, qablaşdırma, proseslərin avtomatlaşdırılması, texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək.
• İstehsalatda istifadə olunan bütün avadanlıqların təmir və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsini təmin etmək.
• Planlaşdırılmış və plandan kənar təmir fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək.
• Texniki nasazlıqların səbəblərini analiz edərək uzunmüddətli həll yollarını təmin etmək.
• Texniki qulluq və istehsalat təlimatlarının yenilənməsini və həmin təlimatlara uyğun fəaliyyət göstərilməsini təmin etmək.
• İş rejimi: 6 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir
• Əmək haqqı: 2000 - 2500 manat (NET)
• Ünvan- Bakı şəhəri

Namizədə tələblər:

• Ali təhsil (İqtisadiyyat və İdarəetmə sahəsində);
• Minimum 3-5 il iş təcrübəsi (Plastik şüşələrin və alüminium qutuların yığımı və təkrar emalı sahəsində)
• Dil biliyi: Azərbaycan. Rus dili biliyi yaxşı səviyyədə.
• Microsoft Office yaxşı səviyyədə
• Texniki-mühəndis sənədlərlə (çizgilər, texniki şərtlər, xüsusiyyətlər və s.) işləmək bacarığı.
• Yüksək idarəetmə bacarığı.
• İş planlama və təşkilatçılıq bacarığı;
• Yaş: 30-50

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 01.11.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “ İstehsalat müdiri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Ecobox Collection and Recycling tərəfindən digər vakansiyalar