Maddi motivasiya sistemləri üzrə mütəxəssis

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Mövcud təlimat və normativlər əsasında işçilərə bonus və mükafatların hesablanması;
• İşçilərə avans və əmək haqqının qalan hissəsinin ödənişi, o cümlədən əlavə, mükafat, əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə ödənişlərin müvafiq elektron bank sistemində həyata keçirilməsi;
• Gündəlik qaydada məzuniyyət, son haqq-hesab, bonus, maddi yardım və digər ödənişlərin həyata keçirilməsi;
• İşçilərin işə bağlılığı, motivasiyası və həvəsləndirilməsi məqsədilə müxtəlif motivasiya sistemlərinin qurulmasında iştirak;
• Əmək hüquqları və əmək haqqı sahəsində müxtəlif sorğuların cavablandırılması;
• Əmək haqqı və fəaliyyəti ilə bağlı müxtəlif hesabatların hazırlanması;
• Departament direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil (İnsan Resurslarının idarə olunması, Menecment, Riyazi və ya İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
• MS Office proqramları üzrə biliklər;
• Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
• Yüksək riyazi biliklər və analitik təhliletmə qabiliyyəti;
• Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
• Komandada işləmək bacarığı;
• Operativlik, dəqiqlik və səliqəlilik;
• Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 oktyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Maddi motivasiya sistemləri üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi