Vəzifə təlimatı:
- Tenderlərin izlənməsi, təhlili;
- Tender sənədlərinin hazırlanması;
- Tender prossedurlarının icrası;
- Müqavilələrin hazırlanması, yoxlanması;
- Tədarükçülərlə müqavilələrin bağlanması;
- Müqavilələrin icrasına nəzarət edilməsi;
- Malların qeydiyyatının aparılması;
- Tender və Təchizat proseslərinin gedişi haqqında gündəlik, həftəlik, aylıq hesabatların hazırlanması;
- ISO 9001 Keyfiyyət idarəetmə sisteminin tələbləri çərçivəsində təchizat proseslərinin təşkil edilməsi.
Tələblər:
- Ali təhsilli
- Azərbaycan, rus və ingilis dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti;
- Kompüter biliyi: Microsoft Office proqramlarını bilməli;
- Sənaye malları üzrə təchizat və tender sahəsində İş təcrübəsi 3 ildən artıq;
Şərtlər:
- İş qrafiki: Həftənin 5 günü, saat 10.00-19.00
- İşə qəbul AR Əmək Məcəlləci əsasında
- Mobil rabitə.
- Əmək haqqı: Müsahibə əsnasında
- Müsahibə CV əsasında aparılacaq.
Xahiş edirik, mövzu hissəsində “Tender üzrə mütəxəssis” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) və gözlənilən əmək haqqını qeyd etməklə [email protected] e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.