Mağaza meneceri (Gəncə)

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 29.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Əməliyyat, ödəniş və kommunikasiya sistemlərinin fasiləsiz işinə nəzarət etmək;
• Mağazanın stok dövriyyəsinin mərkəzdən təqdim olunan prosedur və qaydalar əsasında icrasını təmin etmək;
• Mağazanın stok ehtiyatına maddi məsuliyyət daşımaq;
• Mağazanın stok sifarişinin vaxtında, tam və düzgün təmin olunmasını, qorunmasını, vitrində sərgilənməsini təmin etmək;
• VİP müştərilərə şəxsən xidmət göstərmək;
• Baş ofis tərəfindən təşkil olunan kampaniyalar və elanlar haqqında satış komandasını vaxtında məlumatlandırmaq və işlərin icrasına nəzarət etmək;
• Mağaza heyətinin fəaliyyətini təşkil etmək və onları istiqamətləndirmək, işçiləri motivasiya etmək və mağazada komanda ruhunu qorumaq.

Tələblər:

• Ali təhsil;
• İdarəçilik üzrə müvafiq sahədə minimum 3 il təcrübə;
• Excel, Word, Power Point;
• Rus və İngilis dil biliyi arzuolunandır;
• Əmək haqqı: 1000-1500

Uyğun namizədlər CV-lərini "Mağaza meneceri(Gəncə)" başlığı qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi