Texniki Dəstək üzrə Administrator (Help Desk)

İşin təsviri

Vəzifənin rolu:

Bu vəzifənin rolu kompüter sistemləri, proqram təminatı və avadanlıqla əlaqəli texniki köməklik və dəstək göstərməkdir.

Vəzifə öhdəlikləri:

• Sorğuları e-poçt, telefon və ya ERP-də olan yoxlama siyahısı vasitəsilə yoxlayır
• Sistem səhvlərinin və avadanlığın diaqnozunu aparır və nasazlığı aradan qaldırır
• İstifadəçilərin problemlərinin tam həll olunmasını təmin edir
• Yeni kompüterləri quraşdırır və korporativ domenə qoşur
• Yeni istifadəçilər üçün hesablar yaradır
• İşçilərin təhvil-təslim prosesi zamanı İT avadanlıqları yoxlayır
• İstifadəçi məlumatlarının ehtiyyat nüsxəsini yaradır
• Korporativ elektron poçtu quraşdırır və problemləri səriştəli həll edir
• Simli və simsiz daxili telefon cihazlarını yoxlayır
• LAN, WiFi şəbəkələrinin işləməsini və problemlərin həllini təmin edir
• USB və şəbəkə printerləri və skanerlərdəki problemləri yoxlayır və nasazlığı aradan qaldırır
• İT avadanlığı əvəz və təmir edir

Əsas tələblər:

Təhsil:
• Müvafiq sahədə Ali təhsil

Təcrübə:
• İT üzrə ən azı 2 illik iş təcrübəsi

Professional Biliklər:
• Əməliyyat sistemləri, kompüter avadanlığı, və proqram təminatları barəsində güclü bilik
• Şəbəkənin əsasları
• TCP / IP, DHCP və DNS protokolu
• E-poçtun quraşdırılması və konfiqurasiyası
• Rus və İngilis dili arzuolunandır

Professional Bacarıqlar və Kompetensiyalar:
• Problem həlletmə
• Detallara və nəticəyə yönümlü
• Ünsiyyət bacarıqları

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Texniki Dəstək üzrə Administrator” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi