Mühasib

  • AZ Smart LLC
  • Elanın qoyulma tarixi: 28.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə olan tələblər:

- Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit)
- Dil bilikləri: Azərbaycan (əsas), Rus (orta), İngilis (orta)
- MS Office bilikləri
- Mühasibatlıq sahəsində 1-2 il iş təcrübəsi.
- Öyrənməyə və inkişafa yüksək həvəs;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;

Vəzifə öhdəlikləri:

- Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili
- Vergi və mühasibat uçotunun aparılması
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Debitor və kreditor hesablaşmaların aparılması
- Əmək haqqı, məzuniyyətlərin hesablanması
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi

Digər məlumat:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: bazar ertəsi - cümə;
- İş saatı:09:00-dan 18:00-dək

Tələblərə cavab verən namizədlər Oktyabr ayının 5-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Mühasib” qeyd etməyiniz vacibdir.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.