Baş məsləhətçi

İşin təsviri

Maraqların idafəsi üzrə bildiriş 1.1-b-CS-03a

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində informasiya sistemləri üzrə baş məsləhətçi (fərdi məsləhətçi) vəzifəsi üzrə
MÜSABİQƏ ELAN EDİR

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

1. İnformasiya sistemləri və ya əlaqədar sahədə ali təhsil;
2. İnformasiya sistemləri layihələri, onların təsviri, idarəolunması və icrası üzrə ən azı 5 illik iş təcrübəsi;
3. Ədliyyə sektorunda informasiya sistemləri layihələrinin icrası üzrə iş təcrübəsi;
4. İnformasiya sistemlərinin təhlilinin aparılması üzrə yüksək bacarıqlar;
5. Azərbaycan və ingilis dillərini mükəmməl bilməli və;
6. Bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə malik olmalı.
Tapşırığın ehtimal olunan müddəti 15 aydır.

Xidmətlərə aşağıdakılar daxildir:

(1) ədliyyə sistemində informasiya layihələrinin icrasına nəzarət;
(2) ədliyyə sistemində informasiya və kommunikasiya avadanlıqlarının quraşdırılmasına dair məsləhət və görüləcək işlərə nəzarətin  həyata keşirilməsi;
(3) ədliyyə sistemi üzrə yaradılmş informasiya və elektron sənəd dövriyyəsinin funksional modelinə dair  məsləhət verilməsi (mövcud informasiya layihələrinin uzlaşması daxil olmaqla) və bu sahədə görüləcək işlərə nəzarət edilməsi;
(4) layihə çərçivəsində tikiləcək binaların İKT infrastrukrunun nəzərdən keçirilməsi və beynəlxalq standardlara uyğunlaşdırılması;
(5) tapşırığın icrası ilə bağlı digər işlərin görülməsi.
Məsləhətçi müvafiq məhkəmələr, Ədliyyə Nazirliyinin qurumları və Layihənin digər iştirakçıları ilə əlaqəli işləməli və tələb olunan bütün hesabatların hazırlanmasında iştirak etməlidir.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və inglis dillərində tərcüməyi-hallarını (CV) aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]

Sənədlər 28 sentyabr 2012-ci il saat 18:00-dək qəbul edilir.