Elektrik

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• İşıqlandırıcı armaturların cərəyan açarları, ştepsel rozetkaları və patronlarının şəbəkəyə qoşulmaqla qurulması;
• Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi;
• Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlar və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması;
• Kontaktorların, rele nəzarətçi, komanda-aparatların yoxlanılması, təmizlənməsi;
• Elektrik mühərrikləri və generatorların hissələrinin yığılması, təmizlənməsi, yağlanması, şotkaların dəyişdirilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil (elektrik və ya avtomatlaşdırma üzrə)
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
• “B” kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır;
• İntizamlılıq və məsuliyyətlilik;
• Komandada işləmək bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 8 oktyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Elektrik qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi