Texnik

  • Buta Group
  • Elanın qoyulma tarixi: 26.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

1. İstixana daxillərindəki iş rejiminə tabe olmaq;
2. Gündəlik iş rejiminə və giriş çıxış vaxtlarındakı dəqiqliyə riayət etmək;
3. Təhkim olunduğu istixanaların yerləşdiyi texniki zonaları icazəsiz tərk etməmək;
4. Rəhbərliyin göstərişlərini vaxtında, düzgün yerinə yetirmək;
5. Qazanxana otaqlarına və qazanxanalara nəzarət etmək;
6. Qazanxana otağına kənar şəxsləri buraxmamaq, təzyiqə, qəzanın temperaturuna daimi nəzarət etmək və pozuntu halında müdaxilə etmək;
7. Gübrə otağında yerləşən avadanlıqlara xüsusi ilə sulama maşınına, gübrə, turşu çənlərinə, pestisid tətbiqi motoru kimi istixananın həyati texniki qurğulara nəzarət etmək;
8. İstixana daxilindəki isitmə sistemləri, isitmə motorları, isitmə borularına nəzarət etmək və istiliyin düzgün yayılmasını təmin etmək;
9. İsitmə sistemində olan bütün problemləri aqronoma bildirmək və həlli yolunu axtarmaq;
10. Sadalanan hallardan əlavə olaraq Texniki işçilər sezon sonunda (söküm, dezinfeksiya və s.) başqa vacib təxirəsalınmaz işlərə cəlb edilə bilərlər;
11. Təhkim olunduğu ərazidə texniki problemlərin aradan qaldırılması və aqronoma məlumat verilməsi.
12. Rəhbərliyin tapşırdığı digər işlər.

Tələblər:

• İstixana sahəsində ən azı 1-3 il iş təcrübəsi;
• Texniki iş ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;
• Elektron hökümət portalında sərbəst istifadə bacarığı;
• Komandada işləmək bacarığı,

İş şərtləri:

• Həftə içi 6 gün : 09:00 – 17:00-dək ,
• İstirahət günləri – bazar günləri.
• Əmək haqqı – namizədin bilik və bacarıqlarına görə qərar veriləcək.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi [email protected] elektron ünvanına göndərin.