Baş mühasib

  • Enar Taxi MMC
  • Elanın qoyulma tarixi: 23.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Maliyyə uçotunun qurulması və həmin prosesə nəzarət edir, uçotun Beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması prosesini həyata keçirir və onu təşkil edir.
• Bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatı məlumatları üzrə şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
• Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının şirkətin təsərrüfat maliyyə fəaliyyətinin yekun əməliyyatları uçotunu təşkil edir.
• 1C proqramına vergi uçot bazasının formalaşdırılması, onun fəaliyyətinin düzgün tənzimlənməsi, yekun hesabatların hazırlanması üçün lazimi əməliyyatların aparılmasına nəzarət edir.
• Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir, təqdim olunan hesabatların doğruluğuna görə məsuliyyət daşıyır;
• Həm sistematik, həm də birdəfəlik xarakter daşıyan məlumatın öz şöbəsinin işçilərinə ötürür;
• Daxili və xarici auditin aparıldığı zamanlarda onlara lazımi dəstək verilməsi;
• Avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi proseslərində iştirak edir;
• Təh-təl hesab şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edir;
• Subpodratçılarla əlaqədar mal-material, xidmət, ödəmələr, zəmanət və avanslarla əlaqədar hesablamaları həyata keçirir və uçotunu aparır;
• Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqlityini təmin edir.
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu və s. tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib edir.
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə material qiymətlərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və şirkətin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
• Ştat maliyyə və kassa nizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının çatışmazlıqlarının və digər itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyinin təmin edilməsi işlərini görür.
• Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə verilməsi işinin qanunauyğun şəkildə yerinə yetirilməsinə nəzarət edir.
• Mühasibat-maliyyə məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil işlərinə rəhbərlik edir.

İş qrafiki:

• Bazar ertəsi – Cümə: 09:00-dan 18:00-dək
• İstirahət günü – Şənbə və Bazar günləri
• Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək

Namizədə tələblər:

• Ali təhsil (İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə)
• Mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi
• Microsoft Office (xüsusilə MS Excel), 1c 8.3, işləmək bacarığı;
• AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
• Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli
• Problemləri həll etmə bacarığı
• Stresə davamlılıq
• İnformasiyanın təhlili və analiz etmək bacarığı
• Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
• Analitik qabiliyyət, ünsiyyət və təqdim etmək bacarıqlarına malik;

Maraqlanan şəxslər CV formalarını mövzu yerində ” Baş mühasib” qeyd edərək [email protected] ünvanına göndərə bilərlər.

Enar Taxi MMC tərəfindən digər vakansiyalar