Baş marketinq müdiri

İşin təsviri


Baş marketinq müdiri
“İnkişaf üçün Maliyyə”
(bank olmayan kredit təşkilatı)

Tələblər:
 İqtisadi və ya müvafiq ali təhsil
 Maliyyə xidmətləri sahəsində ən azı 2 illik marketinq təcrübəsinin olması arzuolunandır
 Araşdırma və təqdiqat bacarıqlarının və təcrübəsinin olması
 Peşəkar ünisyyətqurma və danışıq vərdişlərinin olması;
 Azərbaycan dili, Rus dili və İngilis dillərini bilmək, komputer proqramlarında işləmək bacarığı.


Baş marketinq müdirinin görəcəyi iş:

  “İnkişaf üçün Maliyyə”nin hədəf seqmentlərinin müəyyən edilməsi, seqmentlərin tələblərinin spesifikasiyalarının öyrənilməsi,
 Satış üsulları, alətləri və kanallarının müəyyən olunması
 Məsullarla bağlı araşdırma: mövcud məhsulların hədəf seqmentin tələblərinə uyğunluğunun qiymətləndirilməsi, yeni məhsulların hazırlanması
 Bazar potensialı ilə bağlı gələcək proqnozların hazırlanması
 Bazarın vəziyyətində baş verən dəyişikliklərə cavab vermək məqsədi ilə maliyyə xidmətləri bazarının, digər əlaqəli sahələrin və rəqabət mühitinin dövri qiymətləndirilməsi, təhlili və bunun əsasında müəssisənin xidmətlərinin rəqabət səviyyəsinin müəyyənləşdirilməsi;
 Filialların və digər bölmələrin işçiləri ilə birlikdə müxtəlif rayonlarda marketinq tədbiqlərinin həyata keçirilməsi (mövcud və potensial müştəri seqment və qrupları ilə görüşlərin, sorğuların keçirilməsi və s)
 Filialların açılması üçün yeni regionlarin seçilməsi, mövcud və potensial regionların potensialının, rəqabət mühitinin, iqtisadi fəallığının və kreditləşmə üçün lazım olan digər istiqamətlərdə təhlil olunması, qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması;
 Brending
 Məhsulun bazara yeridilməsi və satışında iştirak edən personala (filial müdirləri, kredit mütəxəssisləri, müştəri xidmətləri menecerləri və s) birbaşa marketing üzrə təlimlərin keçirilməsi
 Marketing tədbirlərinin və alətlərinin keyfiyyət və səmərəliliyinin ölçülməsi/monitorinqi/təhlili

Sənədlər aşağıdakı faks və ya elektron poçt ünvanlarında qəbul edilir:
Faks:  (994 12) 492 77 63 (daxili 11)
E-poçt: [email protected]


1. Xüsusi Qeydlər:
2. Ərizələrin (CV-lərin) qəbulu 25 Sentyabr 2012-ci il tarixinədək davam edəcəkdir.
3. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
4. Ərizələri (CV və ya Resumeləri) e-mail ünvanımıza göndərərkən mövzu yerinə "Baş Marketinq müdir" yazmağınız xahiş olunur. Əks halda CV-nizə baxılmayacaq.
5. Yalnız müsabiqəyə dəvət olunan şəxslərlə əlaqə saxlanılacaq. Telefonla zəng etməməyiniz xahiş olunur.