Satış və marketinq meneceri

  • AZMADE Group
  • Elanın qoyulma tarixi: 21.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İŞİN TƏSVİRİ:

• Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
• Müştərilərə ilk növbədə fərq yaradan bir xidmət təqdim etmək anlayışıyla hədəf yönümlü satış etmək;
• Göstərilən xidmətlərin satış və marketing fəaliyyətlərini aparmaq;
• Şirkətin təqdimat və marketinq fəaliyyətlərinin aparmaq;
• Yeni müştəri portfeli yaratmaq və halı hazırdakı müştərilərin davamlılığını təmin etmək;
• İllik təyin olunan satış büdcə və marketinq hədəflərinin çatılmasına nail olmaq;
• Rəqiblərin fəaliyyətlərini və ümumiyyətlə bazarın vəziyyətini nizamlı şəkildə təqib etmək;
• Bazar araşdırmaları aparılması və müştəri ehtiyaclarının müəyyənləşdirilməsi;
• Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması;
• Müştəri görüşlərinin nəticələrinin izlənilməsi;
• Satış kampaniyalarının təşkil edilməsi, Sərgilərdə iştirak;
• Şirkətin satış üzrə proqnozlarının verilməsi;
• Satış və marketinq sahəsində görüləcək işlərin planlaşdırılması, tətbiq olunması və hesabatların hazırlanması;
• İşgüzar danışıqların aparılması, müqavilələrin bağlanması;
• Yeni müştərilərin axtarışı və cəlb olunması;
• Rəqiblərin öyrənilməsi və şirkətin strateqiyasını işləyib hazırlanması;
• İşgüzar tədbirlərdə şirkətin təqdim olunması;
• Analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
• Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
• Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək;
• Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərliyə təqdim edilməsi.

TƏLƏB OLUNAN TƏCRÜBƏ, SƏRİŞTƏLƏR VƏ BACARIQLAR:

• Ali təhsil (Marketinq, Biznesin idarəedilməsi, Kommersiya);
• MS Office proqramlarını mükəmməl bilmək;
• Satış və marketing üzrə minimum 3-5 il təcrübə;
• Müştəri yönümlü xidmət;
• Özünə inam və əminlik;
• Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;
• Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı;
• Yaxşı idarəçilik və planlaşdırma bacarıqları;
• Müstəqil işləmə bacarığı;
• Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmalı; (ingilis dili arzu olunandır);
• Strateji yanaşma, planlama və təşkilatçılıq;
• Ədalətlilik və düzgünlük;
• “UyumSoft” ERP programında işləmək bacarığı (arzu olunandır);
• Səyahət maneəsi olmayan;
• Analitik düşünə bilən, sürətli və nəticə-yönümlü olan;
• Komanda işində müvəffəqiyyətli və insan əlaqələri qüvvətli olan.

NECƏ MÜRACİƏT ETMƏK:

• Maraqlanan namizədlər CV-ləri [email protected] e-mail ünvanına göndərə bilərlər;
• Elektron məktubun “Mövzu” hissəsində “Satış və marketinq meneceri” vəzifəsi qeyd edilməlidir;
• CV-lər ən gec 30 sentyabr 2021-ci il tarixinədək göndərilməlidir.

Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcəklər. CV-lərin ilkin araşdırılmasına əsasən uğur qazanan namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və onlar görüşə dəvət ediləcəklər.