əzifə öhdəlikləri:
• Müəyyən edilmiş avtonəqliyyat vasitəsini idarə etməli;
• Şirkətin işləri ilə bağlı respublika daxili müəyyən istiqamətlərdə daşınmanı təmin etməli;
• Avtomobilin təmizliyinə daim nəzarət etməli;
• Avtomobil nasazlıqlarını vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirməli, aşkar olunmuş nasazlıqları vaxtında aradan qaldırılmasını təmin etməli;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatlara, dövlət yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etməli;
• Şirkətin siyasət, təlimat və xidməti standartlarına və qaydalarına riayət etməli.
Tələblər:
• Şəxsi sürücü kimi minimum 3 (üç) il iş təcrübəsi olması mütləqdir;
• “B” kateqoriyalı sürücülük vəsiqəsi;
• Avtomobilin quruluşu üzrə yaxşı biliklər;
• Baki şəhəri və ölkə ərazisini yaxşı tanıma;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət edilməsi;
• Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.
Səriştələr:
• Məsuliyyətli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük
Əlavə məlumat:
• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi
• İş yeri: Baki şəhəri, Qafqaz Business Center
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Sürücü” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.