İşin təsviri:
• Korporativ şirkətlərə danışıqlar aparmaq və tibbi xidmət müqavilələrini tərtib etmək,
• Etik komissiyanın iclaslarını protokollaşdırmaq,
• Müqavilələrin reyestrini xüsusi proqramda işləmək və ilin sonu yekun statistika hazırlamaq,
• Klinikanın rəsmiləşdirmə işlərini aparmaq (rəhbər dəyişdikdə, Klinikanın adı dəyişdikdə hüquqi sənədlərin notarial təsdiqi, qəzet elanı, bildiriş, yığıncaq protokolu, qərar hazırlamaq),
• Müddəti tamam olduqda Asan İmza, elektron imza almaq üçün sənəd hazırlamaq və müraciət etmək,
• İstehsalat əmrlərinin hazırlanması,
• Səhmdarların illik yığıncağını təşkil etmək və müvafiq sənədləri hazırlamaq (qəzet elanı, bildiriş, yığıncaq protokolu, qərar, hesabat və s.),
• JCI üzrə müqavilələrin qiymətləndirilməsi sənədlərinin hazırlanması,
• Hüquq mühafizə orqanlarına (polis, prokurorluq, icra , məhkəmə və s.) müvafiq məktubların hazırlanması,
• Etibarnamələrin tərtibi, məhkəmə işlərinə sənədlərin hazırlanması,
• Şikayətçi pasientlərin qəəbulu, sorğularını şifahi və yazılı cavablandırmaq,
• Etik, disiplinar komissiyalarda iştirak etmək,
• Əmək müqavilələrinə dair razılaşmaların hazırlanmasında yardım etmək,
• Miqrant işçilərin miqrasiya xidmətinə sənədlərinin hazırlanıb təqdim olunması, rəsmiləşdirilməsi,
• Klinikanın əməkdaşlıq etdiyi şirkətlərlə alqı – satqı müqavilələrinin hazırlanması,
• Şöbələr üçün müvafiq akt, protokol və arayışların hazırlanması,
• Banklarda hesab açılması üçün sənədlərin hazırlanması,
Tələblər:
• Ali hüquqi təhsil (kommersiya və ya yönümlü arzuolunandır);
• İxtisas üzrə 2-5 il iş təcrübəsi;
• Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
• Hüququ sənədləşməni tərtib etmə bacarıqları;
• Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet);
• Dürüst, stresədavamlı, məsuliyyətli.
Maraqlananlar CV-lərini [email protected] ünvanına subject yerində “Hüquqşünas” qeyd edərək göndərə bilərlər.