Əmlakın qiymətləndirilməsi və marketinq üzrə mütəxəssis

  • FM Consulting
  • Elanın qoyulma tarixi: 19.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

1. Qiymətləndirmə üçün təqdim olunan sənədlərin ibtidai təhlili (əmlakın identifikasiyası)
2. Əmlakın identifikasiyası ( baxış keşirilməsi) qiymətləndirmə üzrə hesabatın tərtibi
3. Əmlakın qiymətləndirilməsi və təstiqi və əsaslandırılması
4. Bazar araşdırmaları.

Tələblər:

1. Ali təhsilli və ya sonuncu kurs tələbəsi
2. Bəy əməkdaş olması vacibdir.
3. Müvafiq sahədə iş təcrübəsi arzuolunandır.
4.Qiymətləndirmə fəaliyyətini tənzimləyən qanun və normativ aktlar haqqında ətraflı nəzəri və praktiki bilik
5. Xarici dil ( rus dili ) bilikləri üstünlük təşkil edir.
6. Oxuyub öyrənərək, inkişaf etmək həvəsi olanlara daha üstünlük veriləcək.

Bir ay sınaq müddəti keçirilir.
İş qrafiki saat 9-dan 6-ya kimidir.

Əmək haqqı: Danışıq əsasında (300+)

Şirkət haqqında:

FM Consulting ” Məhdud Məsuliyyətli Cəmiyyəti 2012-ci ildə dövlət qeydiyyatından keçərək qiymətləndirmə şirkəti kimi fəaliyyət göstərməkdədir. Şirkət hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanununa, Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS), əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq müxtəlif əmlak növlərinin qiymətləndirilməsi xidmətini göstərir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və "Əmlak Bazarı İştirakçıları" İB-nin üzvüdür. Göstərdiyimiz nəticələr sayəsində bir sıra kommersiya banklarının, xarici və yerli şirkətlərin rəğbətini qazanmışıq. “FM Consulting” MMC bütün növ əmlakların (müəssisələrin, sığorta hadisələrinin və s.) rəsmi qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə yaradılmışdır. Şirkət hazırda, Bakı şəhərində yerləşən əsas ofisində çalışan yüksək ixtisaslaşdırılmış əməkdaşları və zəruri bilik və ixtisaslara malik, təcrübəli partnyorları vasitəsi ilə öz müştərilərinə xidmətlərini təklif edir.

E-mail : [email protected]

Ünvan : Süleyman Rəhimov küçəsi, 179A (Avenue Veraj Plaza)