Digital Memarlıq və 3D - Müəllim

  • Code Academy
  • Elanın qoyulma tarixi: 16.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Müəllimin əsas iş öhdəlikləri bunlardır:

- Tədris kurrikulumuna əsasən dərs keçmək;
- Tələbələrin suallarını vaxtında cavablamaq
- Tələbələrin tapşırıqlarına vaxtında və düzgün rəy bildirmək;
- Tələbələrin dərsdə iştirak və fəaliyyətinə mütəmadi nəzarət etmək;
- Tələbələrə fərdi yanaşmaq, onlarla inkişaf və karyera yönümlü söhbətlər aparmaq;
- Code Academy dəyərlərinə əsasən xidmət göstərmək.

Tələblər:

- Minimum 4 il Memarlıq sahəsində iş təcrübəsi;
- Autocad, 3ds Max, Revit, V-ray proqramlarını mükəmməl bilmək;
- İdarəetmə bacarığının olması;
- Ünsiyyət və kommunikasiya bacarığının olması;
- Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
- Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi.
- Dərs proqramı hazırlamaq və dərs keçmək təcrübəsinin olması arzu olunandır.

Müraciət üçün - https://qlor.me/kto40mq3