Çeşidləyici (Gəncə)

İşin təsviri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Sifariş qaiməsi əsasında anbardan dərman preparatlarını və digər tibbi ləvazımatları çeşidləyir;
• Qaimədəki sifarişə əsasən dərman preparatlarının və digər tibbi ləvazımatların yararlılıq müddətini və seriyalarını çeşidləyib topladıqdan sonra nəzarətçiyə təqdim edir;
• Nəzarətçinin qaimə əsasında yoxladığı sifarişin çeşidlərində və sayında problem olduqda onun tapşırıqlarını yerinə yetirir;
• Rəflərdə dərman preparatlarını və digər tibbi ləvazımatların düzgün yığılmasına,müddət və seriyaların ardıcıllığı ilə düzülməsini təmin edir;
• Rəfləri təmiz və səliqəli saxlayır;
• Rəhbərinin göstərişlərini düzgün yerinə yetirir və istifadəsində olan inventar, avadanlıqları qoruyur, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edir.

TƏLƏBLƏR:

• İş təcrübəsi: 0 – 1 il.
• Riyazi təfəkkür və işin incəliklərinə diqqət;
• Operativlik;
• Böyük həcmli işdə işləmək bacarığı;
• Komandada işləmək bacarığ;
• Azərbaycan dili – mükəmməl; Rus dili – orta;
• Kompüter bacarıqları: MS Office, 1C programı;
• Anbar sahəsində çalışanlara üstünlük verilir.

İŞ ŞƏRAİTİ:

• İş qrafiki: 6 günlük iş həftəsi;
• İş yeri: Gəncə şəh. Niyazi Əhmədov.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 15.10.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Çeşidləyici” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi