Satış üzrə nümayəndə

  • Prolink Caspian
  • Elanın qoyulma tarixi: 03.09.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


Satış üzrə nümayəndə

İşin məqsədi:

Satış üzrə nümayəndə şirkətin məhsul və xidmətlərini yeni və mövcud müştərilərə təqdim edir. Şirkətin müştəriləri biznes, dövlət təşkilatları və ya fiziki şəxslər ola bilər.
Satış üzrə nümayəndənin rolu yeni satışı təmin etmək məqsədi ilə potensial müştərilərə yaxınlaşmaqdır .
Müştəri, müvəffəqiyyətli satış üzrə nümayəndə olmaq üçün ən mühüm amildir. Satış üzrə nümayəndə həmişə müştəri üçün əlçatılan olmalıdır və yeni biznes imkanları, müştərilər, bazarlar və potensial məhsullar haqında məlumatlı olmalıdır.

Öhdəliklər:
• bazar və məhsullarının tədqiqi;
• strukturlaşdırılmış professional üsulla üzbəüz məhsul və ya xidmətlərin təqdim edilməsi;
• müştəri tələblərini dinləmək və satış üçün müvafiq qiymət təqdim etmək;
• müştərilərin biznes və tələblərini dəqiq bilmək;
• vaxtaşırı səfərlər, telefon zəngləri və e-poçt vasitəsilə mövcud müştərilər ilə əlaqələrin saxlanılması və inkişaf etdirilməsi;
•  yeni biznes təmin etmək üçün potensial müştərilər ilə zəng edərək görüşlər təşkil etmək;
• daxil olan e-mail və telefon sorğularına cavab;
• müqavilənin şərtləri ilə bağlı danışıqlar aparmaq, satışı təmin etmək və müştərinin borcunu izləmək;
• bazar və müştərilər haqda məlumatların toplanması;
• ticarət sərgiləri, tenderlər, tədbirlər və nümayişlər zamanı Şirkətin təmsil olunması;
• qiymət,xərclər,çatdırılma və təfsilatlarla bağlı alıcı və menecerlərlə danışıqlar aparmaq;
• müştərini satışa cəlb etmək üçün mövcud problemləri aradan qaldırmaq;
• rəsmi tender prosesinin bir hissəsi kimi perspektiv müştəri  tərəfindən çox vaxt tələb olunan ətraflı təklif sənədlərinin  hazırlanması;
• dəqiq, sürətli hesablama aparılması və uyğun qiymətlərlə müştərinin təmin edilməsi;
• satış və sifarişlərin qeydə alınması və kompüter sisteminə (CRM) daxil edilməsi;
• dəqiq və vaxtında bütün satış hesabatlarının və formalarının hazırlanması; (həftəlik, aylıq gündəlik)
• hədəflərə çatmaq, və ya hədəfi keçmək məqsədilə müntəzəm olaraq öz satış performansının nəzərdən keçirilməsi;
• şirkətin məhsul və təqdim etdiyi xidmətlər haqqında ətraflı biliyə sahib olmaq;
• peşəkar şirkət və marka imici təmin etmək üçün müştəri və həmkarlarla hər zaman şirkət, məhsulları və xidmətləri haqqında müsbət və şövqlə danışmaq;
• şirkətin iclaslarında iştirak etmək və kolleqalarla təcrübləri bölüşmək

Bacarıqlar / keyfiyyətlər:
Ali təhsil, uyğun sahədə təcrübə və bilik. Əla yazılı və şifahi ünsiyyət yaratma xüsusiyyəti. Avadanlıq satışı ərzində yaxşı satış təmin etməklə bağlı sübut olunmuş bacarıq. Əla satış, danışıqlar və təqdimat bacarıqları. Satış liderliyi, sahibkarlıq əlaqələr və biznesin inkişafı qabilliyətləri. Dil bilikləri –Azərbaycan,ingilis və rus

Email - [email protected]