Satış təmsilçisi

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 12.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

• Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
• Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
• Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
• Yaşayış komplekslərindəki hazır və tikintisi davam edən mənzillərin ofisdaxili satışının həyata keçirilməsi
• Müştəriyə seçim etməkdə optimal köməkliyin göstərilməsi, təhvil verilməsi, dövlət rüsumları və s. barədə dolğun məlumatların verilməsi;
• Müştərinin seçimindən asılı olaraq təmirli və ya təmirsiz mənzillərin layihələri, qiymətləri, ödəmə şərtləri (nağd və ya ipoteka) haqqında məlumatların veriməsi;
• Mənzillərin və ya mənzil nümunələrinin layihələrinə canlı baxışın keçirilıməsinin təşkil olunması;
• İnteryerin layihəsinin dəyişdirilməsində məsləhətlərin veriməsi, lazım gəldiyi təqdirdə memara yönləndirilməsi;
• Alqı-satqı müqavilələrinin tərtib olunması, 1C proqramına işlənməsi;
• Satışdan sonrakı xidmətlərin həyata keçirilməsi;
• Satış hesabatları ilə əlaqədar Rəhbərliyin verdiyi tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə dair tələblər:

• Ali təhsil (sahə üzrə olması arzu olunandır)
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinin olması (mənzil sektorunda təcrübə arzuolunandır);
• Riyazi hesablama və kompüterdən istifadə bacarığı (1C, MS Excel, MS Word)
• Komandada işləmə və satış həyata keçirmə bacarığı;
• Azərbaycan və rus dili biliklərini əla səviyyədə bilməli;
• Təqdimat bacarığı və müştəri məmnunluğuna nail olmaq bacarığına malik olması;
• Sürücülük vəsiqəsi
• Məsuliyyət, etik davranış və nizam-intizam.

İş günləri : həftədə 6 gün.
Yaş həddi: 20 yaş üzəri
Əməkhaqqı: 600 AZN+ bonus

CV-lərinizi [email protected] ünvanına "satış təmsilçisi " başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi