Baş mühasib

İşin təsviri

Namizədə dair tələblər:

• Təhsil: Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit)
• Iş təcrübəsi: 5 il iş təcrübəsi minimum( istehsalat sahəsi)
• Yaş: 25-40
• Dil bilikləri: Azərbaycan, Ingilis, Rus
• Vergi qanunvericiliyini yaxşı səviyyədə bilmək, dəyişiklikləri izləmək və vaxtında tətbiq etmək;
• Kompüter bilikləri: Ofis proqramları, 1C
• Xammal və hazır məhsul anbarı ilə işin təşkili.

Vəzifə öhdəlikləri:

• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin mühasibat hesabatlarının müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunun aparılması
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Daxili mühasibatlıq sistemində köçürmələrin təmin edilməsi
• Bank əməliyyatının işlənilməsi
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsinin təmin olunması;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;

İş qrafiki: 5 günlük iş qrafiki

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını “ Mühasib” qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.