Sığorta hadisələrinin araşdırılması şöbəsinin (qəza komissarları) müdiri

İşin təsviri

Namizədə tələblər:

- Yaş:35-45;
- Cins:Kişi;
- Təhsil:Ali;
- İş təcrübəsi: Sığorta hadisələri sahəsində ən azı 5 il iş stajı;
- Dil bilikləri: Azərbaycan (əla), Rus dili arzuolunandır.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:

- Şöbənin cari fəaliyyətinə rəhbərlik etmək, şöbənin Əsasnaməsinə uyğun sığorta hadisələrinin araşdırılması, qəza komissarlarının işinin qurulması və tənzimlənməsi, qəza komissarlarının işinə nəzarət edilməsi, hadisələr haqqında, araşdırılmalar haqqında rəhbərliyə tələb olunan hesabatların verilməsi, regionlarda hadisələrə çıxışın tənzimlənməsi və nəzarət edilməsi prosesini həyata keçirmək, ağır, müəmmalı hadisələrə çıxış edib, araşdırma aparmaq;
- Regionlara mütəmadi olaraq ezam olunmaq və qəza komissarlarının işini monitorinq etmək, bununla bağlı rəhbərliyə tələb olunan hesabatlar vermək;
- Nümayəndəlik rəhbərləri ilə problemli hadisələri müzakirə etmək və tənzimlənməsi üçün təklifləri sahə rəhbərinə təqdim etmək;
- Şirkətin bütün əməkdaşlarının sığorta hadisələri ilə əlaqədar sorğularını (tələb olunduqda) cavablandırmaq, daxili prosedurlarla müəyyən edilmiş digər vəzifələri, həmçinin sahə rəhbəri tərəfindən ona həvalə edilmiş digər vəzifələri həyata keçirmək.

Əmək haqqı 1200 AZN

İş qrafiki: 09:00-dan 18:00-dək.

Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.

İşəgötürənin reytinqi