Baytar həkim

İşin təsviri

- Bütün müalicə profilaktiki və baytar - sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin edir.
- Doğuşa müdaxilə və doğuş sonrası müalicə işini aparır;
- Buzovların müayinə və müalicə işini aparır;
- Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparır;
- Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət edir və çoxalma proqramının həyata keçirilməsini təşkil edir.
- Heyvanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri təşkil edir.
- Tələf olunan heyvan cəmdəklərinin müayinəsini aparır, analiz üçün lazımi material götürür və məhv edilməsinə nəzarət edir,
- Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak edir.
- Baytarlıqda uçot və hesabat işlərini təmin edir, karantin tədbirlərini həyata keçirir.
- Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil edir.
- Baytarlıq işlərinin uçot və hesabatını aparır və bölmə rəhbərinə hesabat verir;

Tələblər:

- Baytarlıq sahəsi üzrə ali təhsil
- Baytarlıq üzrə ən azı 2-3 il iş təcrübəsi
- Minimum yaş 25-dən aşağı olmamalı
- Xarici dil biliklərinin olması arzu olunandır (rus, ingilis)
- Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.

İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər cv-lərini [email protected] elektron ünvanına mövzu yerində “Baytar həkim” qeyd etməklə göndərə bilərlər.