Zootexnik

İşin təsviri

Əmək funksiyaları:

- Yemlərin hazırlanması, tövləyə daşınması, yem payına uyğun bölünməsi, mal - qaranın təkrar istehsalı cins məhsuldarlıq keyfiyyətini, damazlıq məqsədilə cavan malların seçilib ayrıca yetişdirilməsini təmin edir.
- Sürülərin tərkibini yaxşılaşdırmaq, təbii cütləşmə yaşına çatmış cavan heyvanların və anaların süni və təbii mayalanmasını təmin edir.
- Törədicilərin seçilməsini, doğum mayalanmanın uçotunu baş zootexniklə birlikdə aparır, qüvvəli, qaba və şirəli yemlərin keyfiyyətli saxlanmasını təmin edir.
- Təbii biçənək və otların yaxşılaşdırılması işlərini aqronomla birlikdə təşkil edir. Mal-qaranın yem normaları və tərtib edilmiş yem payı əsasında düzgün yemlənməsinə və saxlanmasına nail olur, Az miqdarda material, yem və əmək sərfi ilə daha çox məhsul edilməsi tədbirlərini görür.
- Bütün növ mal-qaranın qorunması və salamat saxlanmasına, yeni doğulan körpə və cavan heyvanlar üçün tərtib edilmiş pasport əsasında istiqamətli böyüməsini təşkil edir və qarşıya qoyulmuş məqsədə nail olur.
- İşçilər tərəfindən daxili iş normalarına və qaydalarına düzgün əməl edilməsinə nəzarət edir.

Tələblər:

- Təhsil: Kənd təsərrüfatı sahəsində ali təhsil (Azərbaycan Dövlət Aqrar Universiteti bitirənə üstünlük veriləcəkdir)
- Zootexniki xidmət sahəsi üzrə iş təcrübəsinin olması
- Xarici dil biliklərinin olması arzu olunandır (rus, ingilis)
- MS Office proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
- Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.

İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına mövzu yerində “Zootexnik” qeyd etməklə göndərə bilərlər.