Baş mexanik (nəqliyyat üzrə)

  • Mətanət A
  • Elanın qoyulma tarixi: 30.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

- Nəqliyyat vasitəsi və xüsusi texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
- Nəqliyyat vasitələri və texnikaların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlamasına, təmirin keçirilməsinə, büdcə xərclərin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir;
- Təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avtoparkın modernləşdirilməsi, balansda olan bütün texnika və nəqliyyat vasitələrinin texniki nəzarətini təşkil edir;
- İstismar müddəti bitmiş texnika və nəqliyyat vasitələrinin vaxtaşırı dəyərləndirilməsini və yenilənməsini həyata keçirir.

Bilməlidir:

- Nəqliyyat vasitələri və texnikaların habelə onlara qoşula biləcək əlavə avadanlıqların konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydaların;
- Montaj və təmir metodlarını;
- Defektlər üzrə cədvəl, passport,ehtiyat hissələrinin rəsmi albomunu (kataloq);
- Təlimatların tərtib edilmə qaydasını;
- Nəqliyyat vasitələri və texnikaların təmirdən sonar qəbul və təhvil verilmə qaydasını.

Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblər:

- Təhsil: Ali
- Yaş həddi: 30-45
- İş təcrübəsi: 5 ildən çox iş təcrübəsi olmalı;
- Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı (Word, Excel, 1C)
- Dillər: Azərbaycan və Rus dillərini bilməli.

İş şəraiti:

- İş saatı: 09-00-dan 18-00-dək;
- İş günü: Həftənin 6 günü;
- İstirahət günü: Bazar günü;
- Servis xidməti mövcuddur;
- Nahar şirkət tərəfindən qarşılanır;
- AR ƏM-nə uyğun sənədləşmə;
- İş yeri: İş görüşməsinin ünvanı: AZ 1023-Masazır-2 (Bakı-Sumqayıt şosesi, Masazır qəsəbəsi dairəsinin yaxınlığı)

Şəxsi keyfiyyətləri:

- İşə planlı yanaşma;
- Məsuliyyətlilik;
- Təmkinlilik, etibarlılıq, özünəinam;
- Səliqəli, təşkilatçı, operativ, bacarıqlı;
- Ezamiyyə imkanları.

Qeyd:

- Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərmək xahiş olunur.
- Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
- Əlaqə nömrəsi: 050-208-66-95.