SMM üzrə mütəxəssis

  • Karaca
  • Elanın qoyulma tarixi: 30.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Şirkətin sosial şəbəkə hesablarının (Facebook, İnstagram) idarə edilməsi
• Paylaşılan məzmunun qrammatik cəhətdən düzgünlüyünün, məntiqi və anlaşılan olmasının təmin edilməsi
• Online platformalarda şirkətin hər hansı məhsulu barədə ünvanlanan sualların cavablandırılması
• Şirkətin təqdim etdiyi hər bir məhsulun reklamının təşkil edilməsi
• Şirkət daxili nizam-intizam qaydalarına əməl etmək;

Namizədə tələblər:

• Yalnız xanım namizədlər və 25 yaşdan yuxarı
• Social Media Marketing (SMM) üzrə bilik və təcrübə (minimum 1 il)
• Ali təhsil və ya hal-hazırda qiyabi təhsil alanlar
• Müştərilərlə işləmək qabiliyyəti
• Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili arzu olunandır
• Ünsiyyətcil, təşəbbüskar
• Komandada işləmək bacarığı
• Nəzakətli, xoş görünüşlü və məsuliyyətli
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

İş rejimi və əmək haqqı:

• Həftədə 6 gün, iş qrafiki növbəlidir 10:00-18:00, 11:00-19:00
• 250man stabil əmək haqqı + satışdan faiz

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SMM Mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.