Tibb bacısı

  • Sağlam Ailə
  • Elanın qoyulma tarixi: 29.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakant vəzifə haqqında:

• Müayinə üçün pasientlərdən biomaterial götürür, materialı pasientin şifrinə uyğun olaraq markirə edir və biomaterialların qəbulu otağına ötürür;
• Lazım gəldiyi hallarda pasientlərə həkimə qədər olan mərhələdə ilkin tibbi yardım göstərir;
• Həkimin göstərişlərinə uyğun olaraq dərman preparatlarını yeridir;
• Manipulyasiya otağında sanitar-epidemioloji rejimə riayət edir;

Namizədə olan tələblər:

• Orta tibbi təhsil;
• İş təcrübəsi 1 ildən yuxarı;
• Məsuliyyətli və komandada işləmə bacarığı;

Qeyd:

• İş günləri: I-VI günlər, istirahət günü: bazar
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
• Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Tibb bacısı” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi