Xəzinədar

  • Mover LLC
  • Elanın qoyulma tarixi: 29.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək;
• Kassa aparatının, o cümlədən pul vəsaitlərinin qəbul edilməsini və debit əməliyyatlarını həyata keçirmək;
• Nağd pul ehtiyatlarını izləmək və balans tərtib etmək üçün xırda nağd pul vəsaitlərinin nəticələrini sənədləşdirmək;
• Nağd pul vəsaitlərinin müəssisənin təhlükəsizlik tələblərinə uyğun olaraq saxlanmasını təmin etmək;
• Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
• Gündəlik, həftəlik və aylıq kassa hərəkəti barədə hesabatların zamanında hazırlanması və baş mühasibə təqdim olunması.

Tələblər:

• Bu vəzifə üzrə minimum 1 illik iş təcrübəsi;
• Güclü riyazi hesablama aparmaq qabiliyyəti və analitik zəka;
• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
• Səlis şifahi nitq və müştəriyönümlülük;
• Cəld, dəqiq və diqqətli olmalı;
• İş etikası və korporativ mədəniyyətə sahib olmalı.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədar” qeyd edərək [email protected] e-mail ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi