Marketing Meneceri

  • Embawood
  • Elanın qoyulma tarixi: 15.08.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 15 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.
Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.
Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

İş yeri  : Bakı, Azərbaycan

Vəzifə adı:  Marketing Meneceri

Iş qrafiki : 5 günlük / saat 09:00 – 18:00

Işin təsviri :

Bazarda mövcud rəqib vəziyyətin və qiymətlərin analizini aparmaq;
Lokal marketinq fəaliyyətinin yerinə yetirilməsinə nəzarət etmək;
Yeni məhsulların bazara təqdimatı, qiymətləndirmə analizi və təşkilati məsələləri həll etmək
Reklam şirkətləri ilə tender layihəsində iştirak etmək;
Məhsul portfelinin həyat tsikli üzrə analizi və qiymətlərin dəyişdirilməsi haqqında təklif vermək;
Satış kampaniyalarının keçirilməsində iştirak etmək;
Müştəri xidmətlərindən gələn məlumatları analiz etmək, uyğunsuzluqlar haqqında tədbir görmək və gizli müştəri layihəsinin aparılmasına nəzarət etmək.

Tələblər  :

- Ali təhsil;
- Marketing sahəsində 3 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərini bilmə;
- "MS Office"-də işləmə bacarığı;
- Qrupla işləmə bacarığı;
- Özünü təqdim etmə və uğurlu ünsiyyət qurma bacarığı;
- Ezamiyyətə getmə imkanı.

Yaş həddi: 25-35 yaş

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı ” Marketing Meneceri “ qeyd edib bu ünvana göndərəsiniz  [email protected]

 

İşəgötürənin reytinqi