Maliyyə üzrə mütəxəssis

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 23.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Müəssisənin əməliyyat büdcəsinin hazırlanmasını təmin etmək, büdcənin icrasına nəzarəti həyata keçirmək;
- büdcə və maliyyə nəzarəti ilə bağlı dövri maliyyə hesabatlarının hazırlanmasını və təhlil edilməsini təmin etmək;
- aparılan əməliyyatların Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğuna nəzarət etmək;
- aparılan əməliyyatlar üzrə fəaliyyətlərin mütəmadi olaraq təhlil edilməsini və onların dəyərini, yaranma mənbəyini əks etdirən hesabatları hazırlayaraq şöbə müdirinə təqdim etmək;
- Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun kənar auditin aparılmasında iştirak etmək;
- əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsini təşkil etmək;
- qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarının (bəyannamələrin) vergi orqanlarına təqdim olunmasını təşkil etmək;
- qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanmasını və müəyyən edilmiş müddətdə və qaydada sənədlərin Dövlət Arxivinə verilməsini təşkil etmək;

Vakansiya ilə bağlı tələblər:

- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- 3 illik analoji iş təcrübəsi
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və mühasibatlıq, büdcə proseslərinin idarə edilməsi və Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri arzu olunandır);
- MS Office proqramları üzrə biliklər ;

İş Şərtləri:

- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq.