Böyük mühasib

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 22.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə təlimatları:

• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
• Təhtəlhesab, balans, avans hesabatının aparılması;
• Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Elektron hökumət portalı və internet bankingdə işləməyi bacarmalı;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Gömrük bəyənnamələri ilə bağlı uçotun aparılması
• Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
• Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması.

Vəzifə ilə bağlı tələblər:

• Ali təhsil (mühasibat uçotu, maliyyə);
• Vergi Məcəlləsini bilməli;
• 1C proqramında 2-3 il iş təcrübəsi
• Müvafiq sahədə 2-3 ildən az olmayan iş təcrübəsi;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).

İş günləri : həftədə 6 gün.
Yaş həddi: 25-35
Əmək haqqı: 1500-1600 AZN
Tikinti sektorundə işləyən və müvafiq sahə üzrə 3 il təcrübəsi olanlara üstünlük verilir.

CV-lərinizi [email protected] ünvanına "böyük mühasib" başlığı ilə göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi