Hüquqşünas

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 22.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Şikayətçi müştərilərlə görüşmək, iddialarını dinləmək, tələb və xahişlərini araşdırmaq (Call center, Servis mərkəzi və digər şöbələrlə əlaqəli), yazılı şikayətlərini rəsmi qaydada cavablandırmaq;
- Rus və ingilis dilində olan müqavilələri oxumaq, qeydlər etmək və şöbə müdirinə müvafiq müqavilə barədə ətraflı məlumat vermək;
- Notariusda tələb olunan hüquqi sənədlərin, sənədlərin surətlərinin və digər aktların təsdiqini həyata keçirmək;
- Dövlət Miqrasiya Xidmətinə müraciətləri hazırlamaq və lazım olan sənədlərin təhvil – qəbul edilməsi üçün müvafiq təşkilata getmək;

Tələblər:

- Ali hüquq təhsili (Bakalavr sonuncu kurs və magistr pilləsində təhsil alan tələbələr də müraciət edə bilərlər);
- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
- Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı;
- Əla səviyyədə Azərbaycan dili biliyi,Rus dili və İngilis dili biliyi üstünlük təşkil edir.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi