Vəzifənin təsviri:
• Mütəmadi olaraq potensial müştərilərin axtarılması;
• Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və satışı;
• Mövcud müştərilərə əlaqələrin qorunub saxlanması və sifarişlərin qəbulu;
• Müştərilərdə yaranan problemlərin həlli, avadanlığa dair təlimin aparılması;
• Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə təqdim edilməsi;
• Müştərilər üçün qiymət təklifi paketini hazırlamaq;
• Satış planını yerinə yetirmək.
Şərtlər:
• Rəqabətə davamlı əmək haqqı və satış üzrə bonuslar;
• İş qrafiki həftə içi 8:30 – 17:30, istirahət günü – şənbə, bazar;
• Müntəzəm yerli və xarici təlimlərin verilməsi;
• AR qanunvericiliyinə əsasən sənədləşmə;
• Ölkədaxili ezamiyyətlər;
• Yanacaq və telefon danışıq haqqının verilməsi;
• Şəxsi avtomobili ilə işləyənlərin amortizasiya xərclərinin ödənilməsi;
• Ambisiyalı əməkdaş üçün karyera inkişafı imkanı.
Namizədə tələblər:
• Ali təhsil;
• Sürücülük vəsiqəsi (B kategoriya);
• HoReCa sektorunda işləmək, qazanmaq və karyera qurmaq həvəsi;
• Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı;
• Ünsiyyət qurmaq və inandırmaq bacarığı;
• Şəxsi avtomobili olması;
• Qida istehsalı sahəsində təmizlik və dezinfeksiya mallarının satışında iş təcrübəsinə malik olması üstünlükdür.
CV-lərinizi [email protected] email ünvanına yazıb göndərin, mövzu hissəsində vakansiyanın adını qeyd edin. Yalnız email vasitəsi ilə göndərilən CV-lər qəbul olunur. Əlavə suallar yaranarsa, www.horeca.com.az saytından əldə edə bilərsiniz. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər. Zənglər qəbul edilmir.