Satıcı

  • Zeytun Market
  • Elanın qoyulma tarixi: 19.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə dair tələblər:

• Məhsulları təmiz, səliqəli şəkildə vitrinə yığmaq və daim nəzarətdə saxlamaq;
• Məhsullarda qiymət etiketlərinə, istifadə müddətinə və bölmələrə nəzarət etmək;
• Müştərilərin suallarını cavablandırmaq, istiqamətləndirmək və məmnuniyyəti təmin etmək;
• Verilən tapşırıqları yerinə yetirmək;
• Təhlükəsizlik qaydalarına əməl etmək;

Namizədə dair tələblər:

• 40 yaşa qədər olan xanım namizədlər;
• Səlis Azərbaycan dilini bilməli (əlavə olaraq rus dilini bilənlərə üstünlük verilir);
• Xoş və səliqəli zahiri görünüş;
• Danışıq qabiliyyətli, fikrini aydın izah etmə;
• Səbirli və nəzakətli;
• Alıcılarla nəzakətli rəftar;
• Kollektiv ilə işləmə bacarığı;
• Stressə davamlı və dürüst olmalı;

İş barəsində məlumat:

• İş qrafiki: növbəli və 6 günlük iş həftəsi;
• İstirahət günləri: həftədə 1 gün;
• Əməkhaqqı və nahar pulu: 450 AZN;
• İş yeri: Yasamal r.-nu, Həsən bəy Zərdabi 92A.
• AR Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə, əmək məzuniyyəti və digər imtiyazlar.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satıcı” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Zeytun Market tərəfindən digər vakansiyalar