Satış müdiri (Tikinti sahəsi üzrə)

  • Royal Development
  • Elanın qoyulma tarixi: 18.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

• Ali təhsil;
• Müvafiq sahəsə ən azı 1 il iş təçrübəsi
• Kompüter biliyi: MS Office proqramları;
• Dillər: Azərbaycan, İngilis və Rus dilləri (sərbəst)
• Yaş həddi: 30-40.

Şəxsi keyfiyyətləri:

• Liderlik;
• Fikrini izah etmək qabliyyəti;
• Ünsiyyət qurmaq bacarığı;
• Analitik düşünmə qabiliyyəti.

Vəzifə öhdəlikləri:

• Tikinti sahəsində korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
• Görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
• Satış zamanı şirkətin müştəri xidmətləri standartına uyğun xidmət göstərmək;
• Müştərilərlə müqavilə bağlanmasını təmin etmək, onlarla işgüzar münasibətlər yaratmaq və davam etdirmək;
• Müştəri məmnuniyyətini saxlamaq;
• Aidiyyatı tapşırıqların yerinə yetirilməsi.

İş qrafiki: 09:00 - 18:00 (5 günlük iş qrafiki)

İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 Sentyabr, 2021-ci il tarixinədək [email protected] elektron ünvanına, mövzu hissəsində “Satış müdiri” qeyd edərək göndərə bilərlər.