SƏTƏM üzrə məsləhətçi

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 18.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

- Sahədə işçilərə iş öncəsi əməyin mühafizəsi ilə bağlı günlük təlimatların keçirilməsinə nəzarət edir (bəzilərində iştirak edir), təlimat sənədlərinə nəzarət edir.
- Zavodda baş vermiş qəzalar zamanı xəsarət alan işçilərə ilkin tibbi yardım göstərilməsində və hadisənin baş vermə səbəbinin araşdırılmasında iştirak edir, işçilərə maarifləndirici məlumatlar verir
- Zavod ərazisində istifadə olunan elektrik əl alətləri, yükqaldırma aksesuarları, yanğın söndürmə balonlarının vəziyyətini, Yanğınsöndürmə ləvazimatlarının işlək vəziyyətdə olduğunu yoxlayır, uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər həyata keçirir
- Ətraf mühitin mühafizəsinə və işçilərin sanitar gigiyena qaydalarına əməl etmələrinə nəzarət edir
- Həyat və sağlamlıq üçün təhlükəli olan yerləri xəbərdaredici nişanlarla işarələyir, təmir gedən əraziləri xüsusi lentlə ayırır, zavod ərazisində sair məlumatverici lövhələr, yazılar asır.
- İş yerlərində işçilərin FMV-dən istifadə etmələrinə, təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarət edir, qayda pozuntusu edən işçilər haqqında xəbərdarlıq forması yazır
- Yeni işə girən işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında Giriş təlimatı keçir və xüsusi qeydlər aparır.
- Görülən işlər haqqında hesabat verir
- Ərazidə rastlaşdığı təhlükəli vəziyyət və təhlükəli iş şəraiti ilə bağlı uyğunsuzluqları müşahidə edərək müvafiq formada tərtib edir, normal iş şəraitin yaradılmasına nəzarət edir
- Təşkil olunmuş SƏTƏM yürüşlərində iştirak edir
- Zavoda ziyarətə gələn qonaqlara təhlükəsizlik qaydaları haqqında təlimat keçir, FMV ilə təmin edir

Bilməlidir:

- Daxil intizam qaydalarını;
- Əməyin mühfizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını;
- Əməyin Mühafizəsi və Ətraf Mühitlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq təşkilatların hüquqi normativ sənədlərini və beynəlxalq standartları (İSO 45001, İSO 14001 və s):
- Müəssisədə tətbiq olunan prosedur və formaların tələblərini və istifadə qaydalarını:

İş qrafiki:

- Həftədə 6 gün / 6.5 saat: Növbəli iş qrafiki ( 1-ci növbə- 08:00-16:00, 2-ci növbə- 16:00-00:00, 3-cü növbə 00:00-08:00)
- İstirahət günü: Bazar günü

Namizədə tələblər:

- Ali təhsil / Texniki sahə üzrə
- İngilis dili mükəmməl bilməli, rus dili arzu olunandır.
- Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq sertifikatların olması vacibdir.
- Anoloji sahə üzrə 2 il iş təcrübəsi
- Kişi namizədlər müraciət etməlidir.

Namizədlərin dəyərləndirilmə prosesi:

- Birinci mərhələ- IQ test, komputer biliklərinin yoxlanılması -MC office
- İkinci mərhələ-SƏTƏM şöbə rəisi ilə müsahibə
- Üçüncü mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul

Təminatlar:

- Nahar və servis şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;

Qeyd: Tələblərə uyğun gələn namizədlər CV-lərini ““SƏTƏM üzrə məsləhətçi”” başlığı altında qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur. 2 il müddətində Əməyin mühafizəsi sahəsi üzrə iş təcrübəsi olmayan nazmizədlərin CV-ləri dəyərləndirilməyəcək və dəyərləndirmə haqqında geri dönüş edilməyəcək.

Əlavə əlaqə vasitəsi-whatsapp: 050 268 45 95

Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Əlaqə nömrəsi: +994 12 377 44 44