Kollektor / Kreditor

  • Karaca
  • Elanın qoyulma tarixi: 16.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Kredit müraciətlərinin analizi
• Kredit portfelinə nəzarət və idarə etmək
• Müştəri hesablarının aparılmasına dair xidmətlər
• Verilmiş kreditlərə dair monitorinqlərin aparılması
• Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
• Borcalanlar və əlaqəli tərəflərlə telefon əlaqələri, öhdəliklərin ödənilməsi və ya yenidən qurulması məqsədilə danışıqlar aparmaq;
• Şirkət daxili nizam-intizam qaydalarına əməl etmək;

Namizədə tələblər:

• Yalnız xanım namizədlər
• Aidiyyatı sahə üzrə ən azı 1 il iş təcrübəsi
• Ali təhsil
• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti
• Riyazi hesablama aparmaq qabiliyyəti
• Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili arzu olunandır
• Ünsiyyətcil, təşəbbüskar
• Komandada işləmək bacarığı
• Mükəmməl kommunikasiya qabiliyyəti
• Borcalanlar ilə effektiv danışıqlar və stressli hallarda işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

İş rejimi və əmək haqqı:

• Həftədə 6 gün
• 400 man. əmək haqqı + %

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kollektor / Kreditor” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.