Korporativ kreditlər üzrə mütəxəssis

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 16.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Bank və ya bank olmayan kredit təşkilatında 2 il iş təcrübəsi;
• Bank qanunvericiliyi bilikləri;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili və İngilis dili bilikləri;
• Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
• MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
• Məsuliyyətlilik və dəqiqlik.

İŞİN TƏSVİRİ:

• Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
• Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
• Korporativ kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
• Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
• Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
• Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
• Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
• Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.