Keyfiyyətə nəzarət üzrə mühəndis

  • Ricon MMC
  • Elanın qoyulma tarixi: 15.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

• Təhsil: Ali təhsil (mütləq)
• Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
• Iş təcrübəsi: Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il iş təcrübəsi olmalı (İnşaat sahəsində müvafiq iş təcrübəsi arzu olunandır)
• Yaş: 30-55
• Cins : Kişi
• Dil bilikləri: Azərbaycan, Rus – dili arzuolunandır
• Kompüter bilikləri: Kompüterdə ofis proqramlarında sərbəst işləmək bacarığı

Bilməlidir:

• İSO 9001:2015 standartının əsaslarını;
• Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
• Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
• Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.

Vəzifə öhdəlikləri:

• Sahədə tikintinin layihəyə uyğunluğunun yoxlanılması, görülən işlərin Sifarişçinin, FHN-nin və digər aidiyyatı qurumların tələblərinə uyğunluğunun yoxlanılması;
• Sahədə işin gedişatına dəstək, işin icraatı zamanı çatışmazlıqların aşkara çıxarılması və həll olunmasında köməklik göstərmək;
• Subpodratçıların işlərinin keyfiyyətinə nəzarət edilməsi
• Müəssisədə mövcud standartlara, forma və qaydalara uyğun olaraq hesabat aparılması;
• Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət, ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması;
• Şirkətdə Keyfiyyət Sisteminin qurulmasını həyata keçirmək;
• Prosesin bütün mərhələlərində Keyfiyyət prosedurlarına nəzarətin təmin edilməsi;
• Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak;
• Fəaliyyət ilə bağlı mütəmadi olaraq, müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Sahədə təsbit edilən uyğunsuzluqlar barədə məlumat vermək və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

İş qrafiki: 6 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı təyin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini və portfoliolarını (mütləqdir) mövzu sətrində vakansiyanın adını “ Keyfiyyətə nəzarət üzrə mühəndis ” qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.